Türkiyə ordusunun əməliyyatında 12 PKK üzvü öldürülüb
https://azeri.sahartv.ir/news/türkiyə-i278046-türkiyə_ordusunun_əməliyyatında_12_pkk_üzvü_öldürülüb
Türkiyə ordusunun PKK-nın mövqelərinə qarşı əməliyyatında bu partiyanın on iki üzvü öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2017 06:42 Asia/Baku
  • Türkiyə ordusunun əməliyyatında 12 PKK üzvü öldürülüb
    Türkiyə ordusunun əməliyyatında 12 PKK üzvü öldürülüb

Türkiyə ordusunun PKK-nın mövqelərinə qarşı əməliyyatında bu partiyanın on iki üzvü öldürülüb.

TRT kanalının məlumatına görə, Türkiyə ordusunun qüvvələri bu ölkənin cənub-şərqində yerləşən Şirnak vilayətindəki Faraşin məntəqəsində PKK-nın mövqelərini hədəfə alıblar. Nəticədə PKK-nın doqquz üzvü ölüb və yaralanıb. 

Türkiyə ordusunun bu məntəqədə PKK-nın mövqelərinə qarşı əməliyyatı on gün bundan öncədən başlanıb və indiyədək davam etməkdədir.

Türkiyədə kürdlərin Türkiyə dövlətilə ixtilaflarının həlli üzrə müzakirələr prosesinin dayandığı 2015-ci ilin iyulundan bəri kürd sakinli məntəqələr Türkiyə ordusu ilə PKK qüvvələri arasında döyüş səhnəsidir ki, bu zaman indiyədək təqribən altı yüz təhlükəsizlik qüvvəsi və təqribən yeddi min PKK üzvü öldürülübdür.