Türkiyədə silahlı insident nəticəsində bir nəfər ölüb
İyul 31, 2017 10:27 Asia/Baku
Türkiyənin Bodrum şəhərində iki gecə klubuna silahlı hücumda bir Türkiyə vətəndaşı həlak olub.
Türkiyənin Hürriyyət qəzetinin yazdığına görə, ötən gecə naməlum şəxs Bodrum şəhərinin turist kompleksində iki gecə klubuna hücum edib, bir yeniyetməni qətlə yetirib, dörd nəfəri də yaralayıb.
Silahlı şəxs atəş açaraq hadisə yerindən qaçıb.