Ankarada xalq toplantıları qadağan edilib
-
Ankarada xalq toplantıları qadağan edilib
Ankara valisi bir hökmdə bu şəhərin ictimai məkanlarında hər cür xalq və etiraz toplantılarının keçirilməsini qadağan edib.
Mehr xəbər agentliyinin Huriyyət qəzetinə istinadlı məlumatına görə, yayılmış bəyanat əsasında bu qanun məhdudiyyəti avqustun ikisində Türkiyədə icraya qoyulub.
Ankara valisi bu hökmün verilməsinin səbəbini İŞİD-in Türkiyə paytaxtında ehtimal olunan terror hücumlarının icrası üzrə səyi barədə xəbərlərin alınması adlandırıb.
Bəyanatda deyilir: Həyata keçirilmiş dəyərləndirmələrə əsasən, ola bilsin, İŞİD və digər oxşar terror qrupları vətəndaşlara və toplantıların iştirakçılarına qarşı terror hücumlarına əl ataraq, ümumi təhlükəsizliyi təhlükə qarşısında qoymuş olsunlar.
Bu bəyanatda həmçinin qeyd olunubdur ki, Türkiyənin kəşfiyyat qüvvələri tərəfindən təqdim olunmuş məlumatlara əsasən, 150 günə yaxın müddətdə aclıq keçirən bu ölkənin iki müəlliminin həbs olunmasına etiraz olaraq xalq toplantılarının keçirilməsi üzrə proqramlar verilibdir.
Qeyd edək ki, Nuriyyə Gülmən universitet, Səmih Uzakça isə ibtidai sinif müəllimidirlər. Onlar Türkiyə hökuməti tərəfindən ötən il bu ölkədə baş vermiş uğursuz dövlət çevrilişində əllərinin olması ittihamı ilə öz iş yerlərindən çıxarılmalarına etiraz olaraq, aclıq keçirirlər.