Avq 04, 2017 19:19 Asia/Baku

Türkiyə diyanət işləri naziri Şeyx Mehmet Görməz istefa verib.

İRİB-in İstanbul türkçəsi radiosunun məlumatına görə, Mehmet Görməz Ankaranın terrorizmlə mübarizədə mövqeyinin şəffaf olmaması kimi məsələlərə görə, tutduğu vəzifədən istefa verib.

Mehmet Görməz Türkiyədə İslam Texnologiya Universitetinin rektoru olacaq.

Türkiyədə hökumətə müxalif partiyalar ölkənin terrorizmlə mübarizə strategiyasının ikili oyun olduğunu və Ankaranın bu istiqamətdə sədaqətli olmadığı qənaətindədir.

Teqlər