İran prezidentinin andiçmə mərasimində Türkiyə nümayəndəsi də iştirak edəcək
https://azeri.sahartv.ir/news/türkiyə-i278652-İran_prezidentinin_andiçmə_mərasimində_türkiyə_nümayəndəsi_də_iştirak_edəcək
Türkiyənin iqtisadiyyat naziri bu ölkə prezidenti Rəcəb Təyyib Ərdoğanı təmsil edərək, İran prezidentinin andiçmə mərasimində iştirak edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 04, 2017 15:23 Asia/Baku
  • İran prezidentinin andiçmə mərasimində Türkiyə nümayəndəsi də iştirak edəcək
    İran prezidentinin andiçmə mərasimində Türkiyə nümayəndəsi də iştirak edəcək

Türkiyənin iqtisadiyyat naziri bu ölkə prezidenti Rəcəb Təyyib Ərdoğanı təmsil edərək, İran prezidentinin andiçmə mərasimində iştirak edəcək.

İRNA-nın məlumatına görə, Türkiyə prezidentinin xüsusi nümayəndəsi və bu ölkənin iqtisadiyyat naziri Nihat Zeybəkçi sabah, şənbə Tehranda keçiriləcək İran İslam Respublikası prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcək. Bu səfər zamanı Zeybəkçi ilə İran rəsmiləri arasında bir sıra görüşlərin baş tutması da planlaşdırılıb.

İran İslam Respublikası prezidenti Həsən Ruhani sabah inauqurasiya mərasimində iştirak edəcək. Bu mərasimdə 8 prezident, 19 parlament sədri, 9 vitse-prezident və baş nazir, 7 parlament sədri müavini, 11 xarici işlər naziri və 35 xüsusi nümayəndə, 12 xarici işlər naziri müavini, 6 parlamentlərarası dostluq qrupunun sədri və 2 parlamentin xarici siyasət komissiyasının sədri iştirak edəcək.