Avq 05, 2017 15:56 Asia/Baku
  • 
Türkiyədə çevrilişdə ittiham olunanların etirazı rədd olunub
    Türkiyədə çevrilişdə ittiham olunanların etirazı rədd olunub

Türkiyənin əsas qanun məhkəməsi çevrilişdə ittiham olunan 70 mindən çox nəfərin etirazını rədd edib.

IRNA-nın məlumatına görə, ötən il Türkiyədə baş vermiş uğursuz dövlət çevrilişi ilə bağlı işindən kənarlaşdırılmış və ya öz ictimai hüquqlarının bir hissəsini, o sıradan işini itirmiş 70 min 771 nəfərin etirazı Türkiyənin əsas qanun məhkəməsi tərəfindən rədd olunubdur.

"Hələ bu şəxslərin işlərinin araşdırılmasının hüquqi yolları açıqdır" kimi çıxış edən Türkiyənin əsas qanun məhkəməsi həmin şəxslərin etirazlarını rədd edibdir.

Türkiyə dövləti təqribən iki ay bundan öncə ötən il Türkiyədə baş vermiş uğursuz dövlət çevrilişində ittiham olunan şəxslərin hüquqlarının pozulması barədəki beynəlxalq etirazların ardınca bildirdi ki, çevrilişdən sonra fövqəladə vəziyyətin elan olunmasının ardınca işindən çıxarılmış və ya ictimai hüquqlarını itirmiş bütün şəxslər öz etirazlarını qeydə aldıra bilərlər.

Türkiyə dövlətinin qərarına əsasən, indiyədək 38 min 202 nəfərin işi dayandırılıb, 103 min 844 nəfər isə işdən çıxarılıbdır.

2016-cı ilin 15 iyulunda baş vermiş uğursuz çevrilişdə 249 nəfər ölmüş, 2193 nəfər isə yaralanmışdı.

2016-cı ilin 15 iyulunda baş vermiş uğursuz çevriliş amillərinin mühakiməsi cərəyan edir və onda, Fəthullah Gülən birinci dərəcəli müttəhim kimi təqdim olunubdur.

Teqlər