İstanbulda İŞİD terrorçuları saxlanılıblar
https://azeri.sahartv.ir/news/türkiyə-i279004-İstanbulda_İŞİd_terrorçuları_saxlanılıblar
Türkiyədə çıxan Milliyyət qəzeti İstanbulda bir neçə İŞİD terrorçusunun həbs edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 08, 2017 06:09 Asia/Baku
  • İstanbulda İŞİD terrorçuları saxlanılıblar
    İstanbulda İŞİD terrorçuları saxlanılıblar

Türkiyədə çıxan Milliyyət qəzeti İstanbulda bir neçə İŞİD terrorçusunun həbs edilməsindən xəbər verib.

İRİB-in verdiyi məlumata görə, Milliyyət qəzetini özünün bu günkü sayında yazıb: Türkiyə polisi və İstixbarat Təşkilatının(MİT) müştərək əməliyyatı nəticəsində İstanbulun Başak Şehir bölgəsində 5 nəfərdən ibarət terrorçu dəstəsi saxlanılıb. 

Milliyyət qəzeti yazıb: Saxlanılanlar əcnəbidir və terror aktı törətmək üçün Türkiyəyə göndərilibmişlər. 

Polis və MİT əməkdaşlarının İstanbulun Başak Şehir məhəlləsində yerləşən terrorçuların igamətgahına hücumunda 3 ədəd tapança, çoxlu sayda sənəd və dicital təchizatlar zəbt edilib.