İran və Türkiyə rəsmiləri təhlükəsizlik məsələləri haqda danışacaqlar
-
İran və Türkiyə rəsmiləri təhlükəsizlik məsələləri haqda danışacaqlar
Türkiyədə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin baş qərargah rəisi Ankarada bildirib ki, terrorizmlə mübarizə, müxtəlif ikitərəfli və regional məsələlər, eləcə də hərbi mövzular barədə daha artıq əməkdaşlıq və fikir mübadiləsi aparmaq üçün bu səfərin həyata keçirilməsi zəruri idi.
IRIB-nin məlumatına görə, öz türkiyəli həmkarı general Hulusi Akarın rəsmi dəvətilə yüksək səviyyəli hərbi bir heyətlə bu gün Ankaraya daxil olmuş general-leytenant Mohəmməd Baqeri Ankaranın Esenboğa hava limanında bu ölkənin yüksək rütbəli hərbi rəsmiləri tərəfindən qarşılanıb.
General-leytenant Mohəmməd Baqeri Türkiyəyə üçgünlük səfərində öz türkiyəli həmkarı ilə görüşdən əlavə, bu ölkənin yüksək çinli siyasi və hərbi rəsmiləri ilə də görüşəcəkdir.