İran və Türkiyə diplomatları görüşüblər
İran xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavini İbrahim Rəhimpur və Türkiyənin xarici işlər naziri əvəzi Ümid Yalçın dünən Ankarada görüşərək, iki ölkə arasında siyasi, iqtisadi və mədəni münasibətlərin inkişafı, çoxtərəfli regional, xüsusən Suriya və İraq məsələlərində həmkarlıq ətrafında fikir mübadiləsi aparıblar.
IRNA-nın məlumatına görə, İbrahim Rəhimpur bu görüşdə Suriyada sülh və sabitliyin bərqərarınn önəmi və Astana danışıqlarının keçirilməsi xüsusiyyət təşkil etməklə iki ölkənin genişlənməkdə olan əlaqələrinin çeşidli miqyaslarına toxunaraq, ümidvarlıq edib ki, Astana danışıqları Suriyada sülhün və regionda stabilliyin bərqərarına gətirib çıxaracaq.
İran xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavini həmçinin iki ölkə prezidentlərinin ticarət mübadilələrində nəzərdə tutduqları 30 milyard dollarlıq perspektivə nailolmanın önəmi haqda belə qeyd edib: Bu məsələnin reallaşması iki ölkənin siyasi, iqtisadi və ticari bölmələri üzrə bütün məsul şəxslərinin səyi və əməkdaşlığını tələb edir.
Ümid Yalçın da belə söyləyib: İran-Türkiyə əlaqələri yaxşı istiqamətdə irəliləyir və siyasi, iqtisadi və mədəni, eləcə də digər sektorlar üzrə rəsmilərin əlaqələri, müzakirələri və anlaşmalarının artması qarşılıqlı mübadilələrin inkişafına təsirli kömək edəcəkdir.
Türkiyənin xarici işlər naziri əvəzi ik ölkə arasındakı regional dialoq və anlaşmalara toxunaraq, deyib: İki ölkə müxtəlif regioanal məsələlərdə xüsusən Suriya və İraqın ərazi bütövlüklərinin qorunması və terrorizmlə mübarizə məsələlərində müştərək baxışlara malikdir.