Türkiyədə 4 terrorçu öldürülüb
https://azeri.sahartv.ir/news/türkiyə-i280200-türkiyədə_4_terrorçu_öldürülüb
Türkiyə ordusunun əməliyyatında Van vilayətində Ədalət və İnkişaf Partiyasının məsul üzvlərindən ikisini qətlə yetirmiş 4 terrorçu öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 19, 2017 15:19 Asia/Baku
  • Türkiyədə 4 terrorçu öldürülüb
    Türkiyədə 4 terrorçu öldürülüb

Türkiyə ordusunun əməliyyatında Van vilayətində Ədalət və İnkişaf Partiyasının məsul üzvlərindən ikisini qətlə yetirmiş 4 terrorçu öldürülüb.

İRNA-nın verdiyi məlumata görə, Türkiyənin Daxili İşlər Nazirliyi bildirib: Ötən il Van vilayətinin Özalp rayonunda hakim partiyanın yerli şöbəsinin sədr müavini Aydın Muştu, ötən ay isə həmin region üzrə AKP-nin sədr müavini Aydın Ahini terror edən 4 terrorçu Türkiyə ordusunun əməliyyatı nəticəsində öldürülüb. 

Bu məlumata görə, bu şəxslər üç ay öncə Van vilayətinin baş qala təhlükəsizlik qüvvələrinin qərargahına hücum edərək bir hərbçini də yaralamışdılar. 

Türkiyə DİN-in bəyanatında bildirilir ki, PKK-ya qarşı əməliyyatlar Baş qala rayonunda davam edir. 

Türkiyənin şərq və cənubunda dağlıq ərazilər eləcə də İraqın şimalındakı hündurluklər PKK qrupunun ünsürlərinin toplaşdıqları ərazilərdir.