Türkiyədə işçilərin çıxarılması davam edir
https://azeri.sahartv.ir/news/türkiyə-i280700-türkiyədə_işçilərin_çıxarılması_davam_edir
Türkiyə dövləti bir daha ötənilki uğursuz 15 iyul çevrilişi ilə əlaqədə olmaq ittihamı ilə 900 nəfərdən çox insanı işdən çıxarıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 25, 2017 09:19 Asia/Baku
  • Türkiyədə işçilərin çıxarılması davam edir
    Türkiyədə işçilərin çıxarılması davam edir

Türkiyə dövləti bir daha ötənilki uğursuz 15 iyul çevrilişi ilə əlaqədə olmaq ittihamı ilə 900 nəfərdən çox insanı işdən çıxarıb.

Türkiyə dövləti bu gün iki yeni hökm verərək, ötənilki uğursuz 15 iyul çevrilişi ilə əlaqədə olmaq ittihamı ilə müxtəlif idarə və nazirliklərin 900-dən çox işçisi və hərbçisini kənarlaşdırıbdır.

Türkiyənin təhlükəsizlik və məhkəmə orqanları ötənilki uğursuz 15 iyul çevrilişindən bəri Ərdoğanın göstərişi ilə ölkədə fövqəladə durum elan edərək, 50 mindən çox insanı həbs edib və təqribən 150 min nəfəri də dövlət işlərindən çıxarıblar.