Türkiyə İfrin şəhərinə Artilleriya hücumu edib
https://azeri.sahartv.ir/news/türkiyə-i281138-türkiyə_İfrin_şəhərinə_artilleriya_hücumu_edib
Türkiyə ordusunun Suriyanın şimal qərbində yerləşən İfrin şəhərinin ətrafına hücumunda 10 nəfər yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2017 05:17 Asia/Baku
  • Türkiyə İfrin şəhərinə Artilleriya hücumu edib
    Türkiyə İfrin şəhərinə Artilleriya hücumu edib

Türkiyə ordusunun Suriyanın şimal qərbində yerləşən İfrin şəhərinin ətrafına hücumunda 10 nəfər yaralanıb.

İspotnik xəbər agentliyinin verdiyi məlumata görə, kürd mənbələrindən biri bildirib ki, kürdlərin nəzarətində olan İfrin şəhərinin ətraf əraziləri Türkiyənin Artilleriya hədəfində olub . Kürd mənbə bu hücumda 1 uşaq da daxil 10 nəfərin öldüyünü iddia edib. 

Öncə Doğan xəbər agentliyi bildirmişdi ki, Türkiyə Suriya ilə həmsərhəd bölgələrə hərbi təchizatlar yerləşdirib və Suriya ərazisindəki kürd qüvvələrə qarşı əməliyyatlar həyata keçirməyi planlaşdırır. 

Türkiyə hərbi qüvvələrinin Suriya ilə həmsərhəd ərazilərə yerləşdirilməsi ilə kürdlər ilə Türkiyə arasında toqquşma ehtimalı artıb. Bu da Rusiyanın ehtimal olunan toqquşmaların qarşısını almaq üçün öz qüvvələrini Hələbin şimalında tərəflərin təmas xəttinə göndərməsinə səbəb olub. 

Digər tərəfdən ABŞ koalisiyasının sözçüsü Rian Dilon deyib ki, Amerika qüvvələri ilə Suriyanın Mənbəc şəhərinin yaxınlığında müxalifət qruplarından biri arasında atışma olub. 

Suriya və beynəlxalq ictimaiyyət razı olmasalar da Türkiyə son aylarda Suriyanın kürdlərin nəzərətində olan ərazilərinə qarşı hücumlar həyata keçirib. Rəsmi ankaraya görə kürd qruplar Türkiyəyə qarşı əməliyyatlar həyata keçirməyə hazırlaşırlar.