Ərdoğan: İŞİD-çilər bir NATO ölkəsinin silahları ilə vuruşurlar
Sen 01, 2017 12:05 Asia/Baku
Türkiyə prezidenti bir NATO üzvünü İŞİD-i silahlandırmaqda ittiham edib.
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan deyib: Necə olur ki, NATO-nun ən mühüm hədəflərindən biri, İŞİD-in məhv edilməsidir, halbuki İŞİD-çilərin əllərində bir NATO ölkəsinin istehsalı olan silahlar müşahidə edilir.
Ərdoğan silahları İŞİD-çilərin əllərində olan ölkənin adına toxunmayıb, amma deyib ki, Türkiyə bəzi terror təşkilatları tərəfindən qurulan fitnələrin real simasını göstərəcəkdir.