İstanbulda 7 İŞİD üzvü həbs olunub
https://azeri.sahartv.ir/news/türkiyə-i281239-İstanbulda_7_İŞİd_üzvü_həbs_olunub
Türkiyənin təhlükəsizlik qüvvələri İstanbul şəhərində İŞİD-in yeddi üzvünü həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2017 13:09 Asia/Baku
  • İstanbulda 7 İŞİD üzvü həbs olunub

Türkiyənin təhlükəsizlik qüvvələri İstanbul şəhərində İŞİD-in yeddi üzvünü həbs ediblər.

Türkiyənin təhlükəsizlik qüvvələri kəşfiyyat məlumatlarının ardınca Qurban bayramı günlərində İstanbul şəhərində terror əməliyyatları icra etmək niyyətində olan İŞİD-in yeddi üzvünü həbs ediblər. 

Bu terrorçulardan müəyyən miqdarda partlayıcı maddə və silah aşkarlanaraq, müsadirə olunubdur.

Türkiyənin daxili işlər nazirliyi Qurban bayramı günlərində bu ölkədə təhlükəsizliyi bərqərar etmək üçün təqribən altmış min polis qüvvəsini hazır vəziyyətə gətiribdir.