Türkiyə Almaniyanı tənqid edib
Türkiyə xarici işlər naziri Almaniya hökuməti və rəsmilərini ötən il Türkiyədə dövlət çevrilişinə cəhd göstərənləri himayə etməkdə ittiham edib.
İRİB-nin verdiyi məlumata görə, Mövlud Çavuşoğlu Almaniya rəsmilərinin 15 iyul 2016-cı il tarixində Türkiyədə dövlət əleyhinə çevrilişə cəhd göstərənləri himayə etməsini qınayıb və deyib: Almaniya bu siyasət ilə Ankara-Berlin münasibətlərinə zərbə vurur.
Türkiyə hökuməti cari ilin əvvəlində Almaniya hökumətinə bir siyahı təqdim edərək, dövlət çevrilişində iştirak etmiş 53 nəfərin təhvil verilməsini istəmişdi. Amma, Almaniya hökuməti Türkiyə hökumətinin bu istəyi ilə müxalifət edib. Həmçinin, rəsmi Berlin Fətullah Gülənə bağlı ünsürlərin bank hesablarının dondurulması ilə bağlı Ankaranın istəyinə qarşı çıxıb.
Türkiyə hökuməti Almaniyanı PKK terrorçularına sığınacaq verməkdə və 15 iyul dövlət çevrilişini dəstəkləməkdə ittiham edir.