Sen 05, 2017 20:00 Asia/Baku
  • HBDH İzmir terror aktının məsuliyyətini üzərinə götürdü
    HBDH İzmir terror aktının məsuliyyətini üzərinə götürdü

Xalqların Birləşmiş İnqilabçı Hərəkatı (Halkların Birleşik Devrim Hareketi-HBDH) bir bəyanat yayaraq, Türkiyənin İzmir şəhərində törədilən son partlayışın məsuliyyətini öz üzərinə götürüb.

İRNA-nın məlumatına görə, HBDH adlı qruplaşma çərşənbə axşamı bir bəyanat yayaraq, 31 avqust tarixində İzmirin Buca elində zindan işçilərinin avtobusuna hücum etdiyini bildirib. 

İzmirin Buca elində yol kənarındakı zibil qutusuna yerləşdirilmiş partlayıcı qurğu zindan işçilərini daşıyan avtobusun hərəkəti zamanı partladılmış və 8 nəfərin yaralanmasına səbəb olmuşdu. 

Teqlər