Türkiyə xarici işlər naziri Banqladeşə gedir
Sen 06, 2017 21:57 Asia/Baku
Türkiyə xarici işlər naziri Ruhingiya müsəlmanları haqda Banqladeş rəsmiləri ilə məsləhətləşmə aparmaq üçün Dakkaya gedəcək.
İRİB-in məlumatına görə, Mövlud Çavuşoğlu Myanma müsəlmanlarının vəziyyətindən dərin narahatlığını bildirərək deyib: Sabah Dakkaya səfərində 120 min didərgin müsəlmanın vəziyyəti haqda Banqladeş rəsmilri ilə müzakirə aparacaq və Myanma yaxınlığında onların düşərgələri ilə yaxından tanış olacaq.
Bu məsələni Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli Bakı iclasında iştirak edən Çavuşoğlu həmkarları ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.