Türkiyə məclisinin iki nümayəndəsinin üzvlüyü ləğv olunub
Türkiyə əsas qanun məhkəməsi bu ölkə parlamentində Şirnak və Van nümayəndələrinin üzvlüklərinin ləğv olunması və onların parlamentdən çıxarılmaları barədəki qərarı təsdiqləyib və bu iki nümayəndənin etirazını rədd edibdir.
Xalqların Demokratik Partiyasının üzvləri Feysəl Sarı Yıldız və Tuba Xəzər Öztürkün etirazlarının Türkiyə əsas qanun məhkəməsində rədd olunması ilə onların parlamentdən çıxarılmaları qətiləşibdir.
Təqribən bir ay bundan öncə Şirnak və Van nümayəndələri Feysəl Sarı Yıldız və Tuba Xəzər Öztürk parlament üzvlərinin səsi ilə bu ölkənin qanunvericilik orqanından çıxarıldılar.
Türkiyə məclisinin iki nümayəndəsinin bu məclisdən çıxarılması onların ötən milad ilinin son üç ayında parlamentin iclaslarında iştirak etməkdən çəkinmələri və bu ölkə məclisinin nizamnaməsinə əsasən həyata keçirilibdir.