Türkiyə ilə NATO-nun müştərək hərbi təlimləri keçirilir
https://azeri.sahartv.ir/news/türkiyə-i281641-türkiyə_ilə_nato_nun_müştərək_hərbi_təlimləri_keçirilir
Türkiyə ordusunun dəniz qoşunları Şimali Atlantika Alyansına üzv ölkələrlə Egey dənizində müştərək hərbi təlimlər keçirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2017 06:04 Asia/Baku
  • Türkiyə ilə NATO-nun müştərək hərbi təlimləri keçirilir

Türkiyə ordusunun dəniz qoşunları Şimali Atlantika Alyansına üzv ölkələrlə Egey dənizində müştərək hərbi təlimlər keçirir.

İRİB-in Ankaradan verdiyi məlumata görə, hərbi təlimlərə bu gün start verilməlidir. 

Müharibədə ziyan görmüş sualtı gəmilərə və sərnişinlərə yardım məşqlərindən ibarət olan bu təlimlər Marmaris sahillərində Aksaz bölgəsində 2 həftə davam edəcək. İspaniya, Fransa, Britaniya, Norveç, İtaliya, ABŞ, Kanada və Polşa dəniz qoşunlarından bölmələr bu təlimlərə qatılacaq.