Türkiyə sionist rejimə reaksiya verib
Sen 14, 2017 17:00 Asia/Baku
Türkiyə Prezident Aparatının sözçüsü deyib: Sionist rejim İraq kürdüstanında referenduma dəstək verir.
İRİB-in Ankaradan verdiyi məlumata görə, İbrahim Kalın bu gün özünün həftəkil brifinqində deyib: Sionist rejimdən başqa heç bir ölkə və beynəlxalq təşkilat İraq Kürdüstanında referendum qərarına dəstək verməmişdir.
Türkiyə PA-nın sözçüsü həmçinin İraq Kürdüstanı başçılarını dərhal referendum qərarından vaz keçməyə çağıraraq bildirib ki, referenduma israrlı olmaq nəinki regionun problemlərinin həllinə heç bir kömək etməyəcək hətta mövcud durumu daha da qəlizləşdirəcək.
Teqlər