İraq Kürdüstanında referendum Türkiyənin təhlükəsizliyi üçün bir təhdiddir
https://azeri.sahartv.ir/news/türkiyə-i283299-İraq_kürdüstanında_referendum_türkiyənin_təhlükəsizliyi_üçün_bir_təhdiddir
Türkiyə dövlətinin sözçüsü bildirib ki, İraq Kürdüstanının yerli hökumətinin referendumun keçirilməsi üzrə qərarı qanunsuz olaraq, rədd edilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 23, 2017 10:25 Asia/Baku
  • Bəkir Bozdağ
    Bəkir Bozdağ

Türkiyə dövlətinin sözçüsü bildirib ki, İraq Kürdüstanının yerli hökumətinin referendumun keçirilməsi üzrə qərarı qanunsuz olaraq, rədd edilir.

IRIB-nin Türkiyənin TRT kanalının vebsaytına istinadlı məlumatına görə, Türkiyənin baş nazir müavini və bu ölkə dövlətinin sözçüsü Bəkir Bozdağ dünən bu ölkənin nazirlər kabinetinin iclasından sonra deyib ki, İraq Kürdüstanı məntəqəsinin ayrılması ilə bağlı referendum Türkiyənin milli təhlükəsizliyinə qarşı birbaşa təhdiddir.

Bozdağ söyləyib: Sonuncu dəfə olaraq, Türkiyə tərəfindən İraq Kürdüstanının yerli hökumətindən istəyirəm ki, ağıl ilə hərəkət edərək, bu referendumdan vaz keçsin.

Türkiyənin baş nazir müavini Ankaranın referendumun təxirə salınması ilə də müxalif olduğunu bildirərək, deyib: Referendumun təxirə salınması onun gələcəkdə keçiriləcəyi mənasına gəlir. Biz gələcəkdə də İraq Kürdüstanı məntəqəsində referendumun keçirilməsi ilə müxalifik. Bu referendum elə ləğv olunmalıdır ki, gələcəkdə də onun keçirilməsindən söz belə getməsin.