İstanbulda beynəlxalq Qüds konfransı
https://azeri.sahartv.ir/news/türkiyə-i283375-İstanbulda_beynəlxalq_qüds_konfransı
Bu gün Türkiyənin İstanbul şəhərində beynəlxalq Qüds konfransı keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 23, 2017 17:19 Asia/Baku
  • İstanbulda beynəlxalq Qüds konfransı
    İstanbulda beynəlxalq Qüds konfransı

Bu gün Türkiyənin İstanbul şəhərində beynəlxalq Qüds konfransı keçirilib.

Beynəlxalq Qüds konfransı "Bəraq" vəqf müəssisəsi, İstanbul universiteti və Umraniyyə meriyasının ciddi-cəhdi ilə keçirilib.

Bu konfransda minlərlə Türkiyə vətəndaşı, xüsusən tələbələr, ərəb ölkələrindən, o cümlədən Misir, İordaniya, Əlcəzair, Mərakeş, Suriya və Livandan olan onlarla qonaq iştirak edib. Mübarək Ələqsa məscidinin imamcamaatı Şeyx Əkrəmə Səbri də bu konfransda iştirak edib.

Umraniyyə meri Həsən Can bu konfransda deyib ki, bəzi şəhərlər yüksək mənəvi dəyər və bazaya malikdirlər ki, Beytulmuqəddəs də bu şəhərlərdən biridir.