Türkiyə Suriya ilə sərhəd məntəqələrə hərbi qüvvə yeridir
-
Türkiyə Suriya ilə sərhəd məntəqələrə hərbi qüvvə yeridir
Türkiyədən daxil olan məlumatlara görə, bu ölkə ordusu Suriya ilə sərhəd məntəqələrə doğru hərəkət edir.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə ordusunun komandosları və zirehli bölməsi bazar ertəsi günü Hatay vilayətində yerləşən sərhəd Reyhanlı məntəqəsində yerləşiblər.
Bu məlumata görə, Türkiyə ordusunun xüsusi təyinadlı qüvvələri və komandoslarını daşıyan hərbi karvan Reyhanlı məntəqəsinə daxil olduqdan sonra, güclü təhlükəsizlik tədbirləri altında ölkənin cənub sərhədlərinə köçürülüblər.
Türkiyə ordusunun qarşıdan gələn günlər ərzində Suriya ilə sərhəd məntəqələrdəki hərbi mövqeləri möhkəmləndirmək məqsədi ilə, bu əraziyə daha artıq dəstək qüvvəsi göndərəcəyi gözlənilir.
Türkiyə parlamenti şənbə günü ordunun ölkə sərhədlərindən kənarda, İraq və Suriyada hərbi əməliyyatlarına icazə verən qanun lahiyəsinin müddətini daha bir il üçün uzatdı.
İraq Kürdüstanında separatçı referendumun keçirilməsi ilə Türkiyə sərhəd məntəqələrə hərbi kontingentlərin göndərilməsini daha da artırıb.