Niçrəvan Barzani: Referendumun keçirilməsi, həmin məntəqənin bir gün sonra ayrılması mənasında deyil
İraq Kürdüstanında keçirilən separatçı referendumun başa çatmasından bir saat sonra bu məntəqənin yerli idarə başçısı bu separatçı addımla bağlı beynəlxalq etirazların artmasını önləmək məqsədi ilə deyib: Referendumun keçirilməsi, onun səhərisi gün sərhədlərin təyin edilməsi və müstəqilliyin elan olunması mənasında deyil.
İRİB-nin verdiyi məlumata görə, Niçrəvan Barzani deyib: Bazar ertəsi günü İraq Kürdüstanında keçirilən referendumda iştirak , bir gün sonra Kürdüstanın müstəqilliyini elan edəcəyimiz mənasında deyil.
O, keçirilən referendumun Kürdüstanın sərhədlərini müəyyən etmək üçün olmadığını da qeyd edib və deyib: bu ikisi tam fərqli məsələlərdir. Qonşu ölkələr və Bağdad əmin olsun ki, biz sadəcə öz xalqımızın istəyini dünyaya göstərmək istəyirik.
İraq Kürdüstanında keçirilən separatçı referendumun nəticələri, referendumun başa çatmasından 24 saat sonra elan edilməlidir.