Ərdoğan: Barizani İraqdan ayrılmağın mənfi nəticələrində özü məsuliyyət daşıyır
https://azeri.sahartv.ir/news/türkiyə-i283693-Ərdoğan_barizani_İraqdan_ayrılmağın_mənfi_nəticələrində_özü_məsuliyyət_daşıyır
Türkiyə prezidenti deyib: İraqın şimalının ayrılmasında Barizaninin özü məsuliyyət daşıyır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2017 17:15 Asia/Baku
  • Ərdoğan: Barizani İraqdan ayrılmağın mənfi nəticələrində özü məsuliyyət daşıyır
    Ərdoğan: Barizani İraqdan ayrılmağın mənfi nəticələrində özü məsuliyyət daşıyır

Türkiyə prezidenti deyib: İraqın şimalının ayrılmasında Barizaninin özü məsuliyyət daşıyır.

Əl-Cəzirə Mübaşir telekanalı bildirib: Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Ankarada etdiyi çıxışında deyib: Türkiyə neftin nəqlinə mane olduqda hər şey bitəcək. Yük maşınlarının İraqın şimalına daxil olmalarına mane olduqda İraq kürdləri aclıqla üz-üzə duracaqlar. 

Ərdoğan deyib: İraqın şimalının ayrılması təhlükəli addımdır və Məsud Barizanının özü bunun mənfi nəticələrində məsuliyyət daşıyır. İraqın şimalının ayrılması referendumunu heç vaxt rəsmən tanımayacaq və onun qeyri-qanuni olduğuna təkid edirik. Bu referendum bizim ərazi bütövlüyümüzə təhdiddir.