Türkiyənin kürd peşmərgələrə hərbi təlimləri dayandırılıb
-
Türkiyənin kürd peşmərgələrə hərbi təlimləri dayandırılıb
Türkiyə dövlətinin sözçüsü bu ölkənin silahlı qüvvələrinin İraq Kürdüstanında kürd peşmərgələrə hərbi təlimlərinin dayandırılmasından xəbər verib.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, Bəkir Buzdağ deyib: İraqın Kürdüstan bölgəsində qeyri-qanuni referendumun keçirilməsindən sonra Türkiyə dövləti kürd peşmərgələrin hərbi təliminə son qoyub.
Bəkir Bozdağ deyib: Ankara bundan sonra ticarət əlaqələrini sadəcə İraq dövləti ilə həyata keçirmək qərarına gəlib.
Türkiyə dövlətinin sözçüsü həmçinin Türkiyə və İraqın baş nazirləri arasında yaxın günlərdə görüş olacağından xəbər verib və həmin görüşdə regionda baş verən son hadisələrin araşdırılacağını deyib.
Türkiyə rəsmiləri son günlər İraq Kürdüstanı bölgəsində keçirilən referndumu qeyri-qanuni adlandıraraq bu bölgənin başçısına bu hərəkətin mənfi nəticələri barədə dəfələrlə xəbərdarlıq etmişlər.