Sen 30, 2017 19:26 Asia/Baku
  • Türkiyədə 117 nəfər saxlanılıb
    Türkiyədə 117 nəfər saxlanılıb

Türkiyə polis qüvvələri İŞİD terror qruplaşması və FETÖ ilə əlaqəli olmaqda şübhəli bilinən 117 nəfəri saxlayıblar.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Türkiyənin İstanbul şəhəri polis məmurları şəhərin on bölgəsində keçirilən əməliyyatda İŞİD terror qruplaşmasına üzv olmaq və bu qrupla əməkdaşlıq etməkdə şübhəli bilinən 50 əcnəbi vətəndaşı saxlayıblar. 

Bu 50 nəfərin əksəriyyəti Suriya və İraq müharibələrində iştirak ediblər. 

Bu arada Türkiyə polisi müxtəlif şəhərlərdə FETÖ ilə əlaqədə şübhəli bilinən 67 nəfərin saxlanıldığını bildirib. 

Türkiyə hökuməti Fətulla Güləni 15 iyul 2016-cı il uğursuz dövlət çevrilişində suçlayır. 

Teqlər