Ərdoğan: İran rəsmilərilə İraq Kürdüstanındakı separatçılıq referendumu haqda danışacağam
Okt 02, 2017 11:26 Asia/Baku
-
Türkiyə prezidenti
Türkiyə prezidenti dünən İran İslam Respublikasının rəsmilərilə görüş məqsədilə Tehrana səfər proqramını təsdiq edib və bildirib ki, bu səfər zamanı İran rəsmilərilə İraq Kürdüstanındakı separatçılıq referendumu və Astana müzakirələri haqda danışacaqdır.
Rəcəb Tayyıb Ərdoğan çərşənbə günü, oktyabrın dördündə İrana səfər edəcəyini bildirərək, qeyd edib ki, Tehranda İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei və İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşərək, danışıqlar aparacaqdır.
Türkiyə prezidenti sonra qeyd edib ki, İraq Kürdüstanında separatçılıq referendumunun keçirilməsinə cavabda Türkiyə ilə İran İslam Respublikasının yol xəritəsi Tehranda müəyyən ediləcəkdir.