Türkiyədə 140-dan çox nazirlik işçisi həbs olunub
Okt 03, 2017 20:17 Asia/Baku
Ankaranın baş prokuroru Türkiyədəki iki nazirlikdə 140-dan çox işçinin həbs olunması haqda sanksiya verib. Bu şəxslər Baylak(Bylock) adlı kodlaşdırılmış mesaj proqramından istifadə etməkdə ittiham olunurlar.
Ankaranın baş prokuroru "Fəthullah Gülən" qrupu ilə bağlı araşdırmalar istiqamətində bu gün bir bəyanatda bildirib ki, təhsil nazirliyinin işçilərindən 121, idman və gənclər nazirliyinin işçilərindən isə 21 nəfərin həbsi barədə məhkəmə sanksiyası verilibdir.