Türkiyənin cənub-şərqində partlayış olub
Okt 04, 2017 14:37 Asia/Baku
Türkiyənin cənub-şərqində bomba partlayışı nəticəsində azı üç hərbçi həlak olub.
Əl-Aləm televiziyasının məlumatına görə, çərşənbə günü Türkiyənin cənub-şərqində bomba partlayışı nəticəsində üç əsgər həlak olub, beş əsgər də yaralanıb.
Bu partlayış haqda əlavə məlumat verilməyib.
Türkiyə ordusu və PKK ünsürləri arasında ölkənin cənub və cənub-şərq bölgələrində qarşıdurmalar davam etməkdədir.
Teqlər