Türkiyə yeni silah almaq üçün 5 milyard dollar xərcləyəcək
https://azeri.sahartv.ir/news/türkiyə-i284375-türkiyə_yeni_silah_almaq_üçün_5_milyard_dollar_xərcləyəcək
Türkiyə baş nazirinin müavini bildirib: Ankara 2018-ci ildə müxtəlif silahlar almaq üçün təxminən 18 milyard lirə (5 milyard dollar) xərcləmək niyyətindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2017 15:24 Asia/Baku
  • Türkiyə yeni silah almaq üçün 5 milyard dollar xərcləyəcək
    Türkiyə yeni silah almaq üçün 5 milyard dollar xərcləyəcək

Türkiyə baş nazirinin müavini bildirib: Ankara 2018-ci ildə müxtəlif silahlar almaq üçün təxminən 18 milyard lirə (5 milyard dollar) xərcləmək niyyətindədir.

NTV televiziyasının məlumatına görə, Məhəmməd Şimşək bu televiziyaya müsahibəsində deyib: Hökumət ordunun hərbi təchizatının yenilənməsi layihəsi çərçivəsində 2018-ci ildə yeni hərbi silahlar satın almaq üçün 5 milyard dollar xərcləmək niyyətindədir. 

Bir müddət öncə Türkiyə Rusiya ilə 2 milyard 500 milyon dollarlıq müqavilə imzaladı. Bu da iki ölkə arasında ilk önəmli silah müqaviləsi hesab olunur. 

Türkiyənin Rusiya ilə silah müqaviləsi qərb, xüsusilə də ABŞ-ın qəzəbinə səbəb olub. 

Ankara silah satın almaq üçün müstəqil addım atdığını bildirib. 

Vaşinqtonun Ankaraya silah satışından çəkindiyi bir halda, ABŞ-ın Suriya kürdlərinə raket, tank və silah göndərməsi Türkiyə tərəfindən həmişə tənqid olunur.