Ərdoğan Barizaninin İraq Kürdüstanında referendum keçirməsini uşaqcasına hərəkət adlandırıb
https://azeri.sahartv.ir/news/türkiyə-i284411-Ərdoğan_barizaninin_İraq_kürdüstanında_referendum_keçirməsini_uşaqcasına_hərəkət_adlandırıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İraq Kürdüstanı bölgəsinin rəhbəri Barizaninin bu məntəqədə separatçılıq referendumu keçirməsini uşaqcasına hərəkət adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2017 08:03 Asia/Baku
  • Ərdoğan Barizaninin İraq Kürdüstanında referendum keçirməsini uşaqcasına hərəkət adlandırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İraq Kürdüstanı bölgəsinin rəhbəri Barizaninin bu məntəqədə separatçılıq referendumu keçirməsini uşaqcasına hərəkət adlandırıb.

Rəcəb Tayyib Ərdoğan dünən Ankarada İraq Kürdüstanında separatçılıq referendumunun keçirilməsindən sonra regionun və Türkiyənin durumu barədə belə deyib: Separatçılıq referendumu ilə bağlı məsələ bitməyib, əksinə yenicə başlayıbdır, amma İran, İraq Kürdüstanı məntəqəsinin şərqində, Türkiyə bu məntəqənin şimalında, Suriya da həmin məntəqənin qərbində yerləşdikləri bir halda, İraq Kürdüstanı məntəqəsi nə edə biləcək və haraya gedib çıxacaqdır?

Türkiyə prezidenti deyib: İraq kürdləri öz röyalarının çin olmasının ardıncadırlar, halbuki öz işçilərinin əmək haqqılarını ödəməyə qadir deyillər; belə bir şəraitdə İsrail rejiminə bel bağlamaq kürdlər üçün əminedici bir istinadgah ola bilməz.

O, söyləyib: Separatçılıq referendumu öz mənasını itirib və bu, İraqın şimalında gördüyümüz uşaqcasına bir hərəkətdir. Onların gördükləri iş əbəs bir iş idi və onun İraqın şimal sakinləri üçün heç bir xeyri olmayacaqdır.