İran-Türkiyə həmkarlığı ABŞ-ın regiondakı planlarını alt-üst etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i284863-İran_türkiyə_həmkarlığı_abŞ_ın_regiondakı_planlarını_alt_üst_etdi
Türkiyə prezidentinin baş müşaviri deyib: İraq Kürdüstanındakı qanunsuz referendumdan sonra İran ilə Türkiyənin əməkdaşlığı Amerika ilə sionist rejimin regiondakı planlarını alt-üst etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2017 18:22 Asia/Baku
  • Amerikaya yeni dərslərin verilməsinin vaxtıdır
    Amerikaya yeni dərslərin verilməsinin vaxtıdır

Türkiyə prezidentinin baş müşaviri deyib: İraq Kürdüstanındakı qanunsuz referendumdan sonra İran ilə Türkiyənin əməkdaşlığı Amerika ilə sionist rejimin regiondakı planlarını alt-üst etdi.

İlnur Çevik bu gün Türkiyədə çıxan "Yeni Birlik" qəzetində dərc etdirdiyi "İran-Türkiyə həmkarlığı Barizanini titrətdi" başlıqlı məqaləsində həmçinin İraq Kürdüstanı məntəqəsi başçılarının qorxusuna işarə edib. O, yazıb: İki ölkə prezidentinin Tehrandakı son görüşü və onların ağır sanksiyaların tətbiqi barədəki birgə mövqeyi İraq Kürdüstanı məntəqəsi başçılarının boğazını qurudubdur.