Türkiyənin Hakkari vilayətində partlayış
https://azeri.sahartv.ir/news/türkiyə-i285329-türkiyənin_hakkari_vilayətində_partlayış
Təhlükəsizlik mənbələri Türkiyənin cənub-şərqində yerləşən Hakkari vilayətində bomba partlayışının baş verməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2017 18:11 Asia/Baku
  • Türkiyənin Hakkari vilayətində partlayış
    Türkiyənin Hakkari vilayətində partlayış

Təhlükəsizlik mənbələri Türkiyənin cənub-şərqində yerləşən Hakkari vilayətində bomba partlayışının baş verməsindən xəbər veriblər.

Bu gün Türkiyənin Hakkari vilayətində yerləşən bir şose yolunun kənarında bomba partlayışı nəticəsində iki türkiyəli hərbçi ölüb. Bu bomba Türkiyə ordusunun bir ədəd transportyorunun hərəkəti yolunda partlayıb.

Bu partlayışın detalları barədə məlumat əldə olunmayıb.

Türkiyənin cənub və cənub-şərq məntəqələri illər boyudur ki, bu ölkənin ordu qüvvələri ilə PKK üzvləri arasında döyüşlərin səhnəsidir.