Okt 17, 2017 08:37 Asia/Baku
  • Türkiyədə fövqəladə vəziyyətin müddəti uzadılıb
    Türkiyədə fövqəladə vəziyyətin müddəti uzadılıb

2016-cı il 15 iyul uğursuz dövlət çevrilişindən sonra Türkiyədə elan edilmiş fövqəladə vəziyyətin müddəti 5-ci dəfə olaraq uzadılıb.

Röytersin verdiyi məlumata görə, Türkiyə hökumətinin sözçüsü Bekir Bozdağ dünən deyib: Hökumət, prezident Rəcəb Təyyib Ərdoğanın başçılığı ilə Milli Təhlükəsizlik Şurasının  fövqəladə vəziyyətin müddətinin 5-ci dəfə üçün uzaldılması barədə tövsiyəsini təsdiqləyib. 

Bozdağ deyib: Türkiyə nazirlər kabineti ölkədə fövqəladə vəziyyətin müddətinin növbəti 3 ay üçün uzaldılması ilə razılaşıb. 

Ötən il Türkiyədə baş verən uğursuz dövlət çevrilişindən sonra dövlət orqanlarını Gülən qrupu ilə əlaqədə olanlardan təmizləmək üçün bu ölkədə fövqəladə vəziyyət elan edildi. 

Teqlər