Türkiyə parlamenti "fövqəladə vəziyyət"in müddətinin daha 3 ay uzadılması ilə razılaşdı
Okt 18, 2017 06:57 Asia/Baku
Türkiyə parlamenti 15 iyul 2016-cı il uğursuz dövlət çevrilişinin ardınca ölkədə elan edilmiş fövqəladə vəziyyətin müddətinin uzadılması ilə razılaşıb. Bu altıncı dəfədir ki, Türkiyə Parlamenti "fövqəladə vəziyyət"in müddətinin uzadılması ilə razılaşır.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisi çərşənbə axşamı bu ölkə hökuməti tərəfindən fövqəladə vəziyyətin müddətinin uzadılması məqsədi ilə təqdim edilmiş layihəni təsdiq edib.
Türkiyənin Milli Təhlükəsizlik Şurası və Nazirlər Şurası da ötən gün fövqəladə vəziyyətin müddətinin uzadılması ilə razılaşmışdılar.
Türkiyə parlamenti tərəfindən təsdiq edilməsindən sonra, bu layihə 19 oktyabrdan icraya qoyulacaq.
Teqlər