Türkiyə XİN rəhbəri: Amerikanın istəyinə təslim olmayacağıq
https://azeri.sahartv.ir/news/türkiyə-i285414-türkiyə_xİn_rəhbəri_amerikanın_istəyinə_təslim_olmayacağıq
Türkiyənin xarici işlər naziri deyib: Rəsmi Ankara ABŞ ilə viza rejimi barədə yaranan münaqişədə Vaşinqtonun şərtlərinə təslim olmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 18, 2017 16:36 Asia/Baku
  • Türkiyə XİN rəhbəri: Amerikanın istəyinə təslim olmayacağıq

Türkiyənin xarici işlər naziri deyib: Rəsmi Ankara ABŞ ilə viza rejimi barədə yaranan münaqişədə Vaşinqtonun şərtlərinə təslim olmayacaq.

Yeni Şəfəq portalının bildirdiyinə görə, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Ankara-VAşinqton ixtilafının dinc yolla həll edilməsini vurğulasa da eyni zamanda Türkiyənin ABŞ qarşısında təslim olmayacağını vurğulayıb.

İki həftə öncə ABŞ-ın Türkiyədəki 1 türk işçisi Gülənlə əlaqədə olmaq ittihamı ilə həbs edildikdən sonra iki ölkə arasında əlaqələr gərginləşməyə üz tutub.

Amerika buna cavab olaraq Türkiyə vətəndaşlarına viza verməyi dayandırıb və Türkiyədə eyni addım atıb.

Bu problemin həlli üçün müzakirə məqsədi ilə bazar ertəsi günü Amerikadan bir diplomatik heyət gəldi. Ancaq müzakirələr rəsmi Ankaranın ABŞ səfirliyinin işçisinin həbsi barədə qaneedici fakt təqdim etməsi ilə şərtləndirilib.