Okt 19, 2017 12:36 Asia/Baku
  • Türkiyə AB-yə üzvlüyə israrlı olduğunu bildirib
    Türkiyə AB-yə üzvlüyə israrlı olduğunu bildirib

Türkiyə prezidenti bir daha ölkəsinin Avropa Birliyinə üzv olmaqda israrli olduğunu deyib.

Türkiyədə çıxan Hürriyyət qəzeti yazır ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Polşa paytaxtı Varşavada etdiyi çıxışında deyib: Rəsmi Ankara AB-yə üzvlük müzakirələrini tərk etməyəcək. 

Ərdoğan deyib: Türkiyə Avropa Birliyinə üzvlük müzakirələrinin yenidən bərpa edilməsini gözləyir. 

Türkiyə prezidenti ölkəsi ilə AB arasında miqrantlarla əlaqədar əldə olunmuş razılaşmaya toxunaraq deyib: Avropa bu razılaşma əsasında ödəməli olduğu 3 milyard avroluq vəsayitdən sadəcə 885 milyon avro ödəyib. 

Türkiyə ilə AB arasında ötən mart ayında icrasına başlanılmış razılaşmaya görə, Avropa Birliyi Türkiyənin miqrantların bu birliyə daxil olmalarına qarşı həyata keçirəcək tədbirlər müqabilində Ankaraya 3 milyard avro ödəyəcəyinə dair öhdəlik götürdü. 

Türkiyə prezidenti çərşənbə axşamı bir heyətin müşayiəti ilə Polşa paytaxtı Varşavaya gedib. Ərdoğan dünən Polşa senatının və nümayəndələr məclisinin sədrləri ilə bağlı qapılar arxasında müzakirə aparıb. 

Teqlər