Okt 19, 2017 18:07 Asia/Baku
  • İran və Türkiyə iqtisadi əlaqələri gücləndirirlər
    İran və Türkiyə iqtisadi əlaqələri gücləndirirlər

İran İslam Respublikası vitse prezidenti İshaq Cahangiri Tehran və Ankaranın iqtisadi əlaqələrin gücləndirilməsi sahəsindəki səylərinə toxunaraq deyib: İki ölkə ticarət mübadilələrinin dəyərinin 30 milyard dollara çatdırılmasını planlaşdırırlar.

İRNA-nın verdiyi məlumata görə, İshaq Cahangiri bu gün Ankarada Türkiyənin baş naziri Binəli Yıldırım ilə birgə mətbuat konfransında onunla görüşündə müzakirə edilmiş mövzulara toxunaraq deyib: Bu görüşdə Myanmanın ruhinca müsəlmanları böhranının həlli və onlara qarşı qırğınların durdurulmasına təkid edildi. 

Cahangiri deyib: Görüşdə həmçinin Fələstin mövzusu araşdırıldı və bir daha Fələstin xalqının öz bütün hüquqlarına nail olmalı olduqları vurğulandı. 

Türkiyənin baş naziri Binəli Yıldırım da bu mətbuat konfransında deyib: İranla ticarət mübadilələrində milli valyutadan istifadə iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində ilk addım olacaq. 

Cahangiri və Yıldırımın görüşünun kənarında İran və Türkiyə rəsmiləri arasında 2 əməkdaşlıq sənədi imzalanıb. 

Elm və texnoligiya üzrə əməkdaşlıq memorandumu və ətraf mühit mövzusunda əməkdaşlıq xüsusunda iki illik təşəbbüs proqramı Çanakkaya sarayında imzalanan razılaşmalardan ibarət olub. 

Cahangiri  D8 iqtisadi əməkdaşlıq qrupuna üzv ölkələrin 9-cu sammit iclasında iştirak üçün dünən İstanbula səfər edib. 

Teqlər