Ərdoğan islam ölkələri arasında ticarət dövriyyəsinin artırılmasını istəyib
https://azeri.sahartv.ir/news/türkiyə-i285485-Ərdoğan_islam_ölkələri_arasında_ticarət_dövriyyəsinin_artırılmasını_istəyib
Türkiyə prezidenti inkişafda olan 8 islam ölkəsi D-8 qrupuna üzvlər arasında ticarət dövriyyəsinin artırılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 20, 2017 13:20 Asia/Baku
  • Ərdoğan islam ölkələri arasında ticarət dövriyyəsinin artırılmasını istəyib
    Ərdoğan islam ölkələri arasında ticarət dövriyyəsinin artırılmasını istəyib

Türkiyə prezidenti inkişafda olan 8 islam ölkəsi D-8 qrupuna üzvlər arasında ticarət dövriyyəsinin artırılmasını istəyib.

İRNA-nın məlumatına görə, Rəcəb Tayyib Ərdoğan cümə günü İstanbulda İnkişafda olan 8 İslam Ölkəsi D-8 Qrupuna üzv ölkələrin dövlət başçılarının 9-cu toplantısının açılış mərasimində deyib: İslam dünyasındakı yüksək potensialları nəzərə alaraq, bu qrupun ticarət dövriyyəsi hazırkı 100 milyard dollardan 500 milyard dollara çatmalıdır. 

Ərdoğan D-8 qrupuna dövrü rəhbərliyi təhvil aldıqdan sonra deyib: Bu qrupa üzv ölələr arasında ticarətdə milli dəyərlərdən istifadə yoluna şərait yaradılarsa, inkişafda olan 8 islam ölkəsinin tarixində böyük addım olacaqdır.