Türkiyə bir daha ABŞ-dan Güləni təhvil verməsini istəyib
Türkiyənin ədliyyə naziri bir daha ABŞ rəhbərlərindən istəyib ki, 2016-cı il 15 iyul uğursuz dövlət çevrilişinin amili olan Fətullah Güləni bu ölkəyə təhvil versin.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Əbdül-Həmid Gül Ankarada müxbirlərə verdiyi müsahibədə deyib: ABŞ rəsmilərinin Fətullah Güləni Türkiyəyə təhvil verməkdən çəkinmələri elə bir şəraitdədir ki, rəsmi Ankara Fətullah Gülənin 2016-cı il 15 iyul uğursuz dövlət çevrilişində əli olmasını sübut edən bütün faktları Amerika rəsmilərinin ixtiyarına verib.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da vaxtı ilə demişdi ki, ABŞ-ın Fətullah güləni təhvil verməkdən çəkinməsi Ankara-Vaşinqton münasibətlərinə mənfi təsir buraxacaq.
Amerika bildirir ki, Ankara Fətullah Gülənin dövlət çevrilişində əli olması barədə aydın dəlillər təqdim etməlidir.
2016-cı il 15 iyul uğursuz dövlət çevrilişindən sonra Türkiyədə bu çevrilişlə əlaqəsi olmaq ittihamı ilə 60 mindən çox hərbçi, polis əməkdaşı, hakim, müəllim, dövlət işçisi həbs edilib yaxud işdən qovulub.