Ankarada İran və Türkiyə konsulluqları arasında 17-ci iclas keçirilib
https://azeri.sahartv.ir/news/türkiyə-i285615-ankarada_İran_və_türkiyə_konsulluqları_arasında_17_ci_iclas_keçirilib
İranın XİN konsulluqlar üzrə idarəsinin baş müdiri Əli Çegeyninin iştirakı ilə Ankarada 17-ci İran-Türkiyə müştərək konsulluq iclası keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2017 14:29 Asia/Baku
  • Ankarada İran və Türkiyə konsulluqları arasında 17-ci iclas keçirilib
    Ankarada İran və Türkiyə konsulluqları arasında 17-ci iclas keçirilib

İranın XİN konsulluqlar üzrə idarəsinin baş müdiri Əli Çegeyninin iştirakı ilə Ankarada 17-ci İran-Türkiyə müştərək konsulluq iclası keçirilib.

İRNA-nın verdiyi məlumata görə, bu iclasda iki ölkə arasında konsulluq məsələlərinin asanlaşdırılması, Türkiyədəki İran vətəndaşlarına lazımı şəraitin yaradılması və konsulluq üzrə hüquqi maneələrin aradan qaldırılması barədə fikir mübadiləsi aparılıb. 

Əli Çegeyni İran İslam Respublikasının konsulluq rəsmiləri, miqrasiya polisi rəsmiləri, cinayət işi üzrə təhqiqat idarəsinin rəisi, polisin xarici vətəndaşlar üzrə rəisinin müşayiəti ilə Türkiyə rəsmiləri ilə görüş və 17-ci müştərək konsulluq iclasında iştirak üçün Ankaraya səfər edib.

İİR XİN konsulluq üzrə baş idarəsinin müdiri İranın Türkiyədəki səfiri Məhəmməd İbrahim Tahiriyanfərd ilə də görüşüb onunla keçiriləcək iclasla əlaqədar fikir mübadiləsi aparıb.