Qətərin xarici işlər naziri Ərdoğan ilə görüşüb
Okt 24, 2017 10:49 Asia/Baku
-
Qətərin xarici işlər naziri Ərdoğan ilə görüşüb
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Ankarada səfərdə olan Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Ali Sanini qəbul edib.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, bu görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib. Görüşdə iki ölkə əlaqələri araşdırılıb, ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə təkid edilib.
Qətərin xarici işlər nazirinin Ankaraya olan səfəri zamanı Türkiyə və Qətərin Strateji Ali Komitəsinin 3-cü iclası keçirilib. İclasa Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Ali Sani və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu başçılıq edib.
Teqlər