Son bir həftə ərzində Türkiyədə 218 nəfər həbs edilib
https://azeri.sahartv.ir/news/türkiyə-i285830-son_bir_həftə_ərzində_türkiyədə_218_nəfər_həbs_edilib
Türkiyənin müxtəlif şəhərlərində son bir həftə ərzində Gülən qrupu ilə əlaqədə olmaq ittiihamı ilə 218 nəfər həbs edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 28, 2017 13:40 Asia/Baku
  • Son bir həftə ərzində Türkiyədə 218 nəfər həbs edilib
    Son bir həftə ərzində Türkiyədə 218 nəfər həbs edilib

Türkiyənin müxtəlif şəhərlərində son bir həftə ərzində Gülən qrupu ilə əlaqədə olmaq ittiihamı ilə 218 nəfər həbs edilib.

İRNA-nın verdiyi məlumata görə, Gülən qrupu ilə əlaqədə olanlar barədə istintaqların davamında Ankara, İstanbul, İzmir, trabzonda prokurorluqların əmri ilə 52 hərbçi də daxil 218 nəfər şübhəli şəxs polis tərəfindən saxlanılıb. 

Türkiyə rəsmiləri Gülən qrupu ilə əlaqədə olanların sayının 170 min nəfər olduğunu və onların birbaşa yaxud dolayısı ilə 15 iyul uğursuz dövlət çevrilişi əməliyyatında rol oynadıqlarını bildirir. 

Türkiyə Gülənin qrupunun ölkənin məhkəmə, hərbiyyə, təhsil və digər sahələrinə nüfuz edərək 15 iyul çevrilişini planlaşdırdığını deyir. 

Həmin çevriliş əməliyyatında 249 nəfər həlak oldu 2 min 193 nəfər yaralandı. 

Son bir il ərzində türkiyədə dövlət aparatlarında təmizləmə prossesi nəticəsində minlərlə ordu və polis zabiti işdən qovulub, onlarla jurnalist və parlamentin 14 üzvü həbs edilib, 140-dan çox mediyanın fəaliyyəti dayandırılıb və 32 mindən çox dövlət işçisinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.