İran və Türkiyə arasında sərhəd gömrük problemləri aradan qaldırılmalıdır
https://azeri.sahartv.ir/news/türkiyə-i285843-İran_və_türkiyə_arasında_sərhəd_gömrük_problemləri_aradan_qaldırılmalıdır
Urmiyənin ticarət, sənaye, mədən və kənd təsərrüfatı palatasının sədri və Türkiyənin Van vilayətinin ticarət palatasının rəhbəri sərhəd və gömrük problemlərinin aradan qaldırılmasının vacibliyini vurğulayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 28, 2017 16:59 Asia/Baku
  • İran və Türkiyə arasında sərhəd gömrük problemləri aradan qaldırılmalıdır
    İran və Türkiyə arasında sərhəd gömrük problemləri aradan qaldırılmalıdır

Urmiyənin ticarət, sənaye, mədən və kənd təsərrüfatı palatasının sədri və Türkiyənin Van vilayətinin ticarət palatasının rəhbəri sərhəd və gömrük problemlərinin aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

 İRNA-nın verdiyi məlumata görə, İranlı rəsmi Hüseyn İntizar bu gün Urmiyədə türkiyəli həmkarı Cəcdət Tavqa ilə görüşündə  Qərbi Azərbaycan və Van valilərinin tezliklə müştərək iclas keçirmələri və qarşılıqlı əməkdaşlıqların genişləndirilməsinə zəmin yaratmalarına təkid ediblər. 

Türkiyə ticarət palatasının sədri Nəcdət Tavqa bu görüşdə İran və Türkiyənin qarşılıqlı əməkdaşlıqların genişləndirilməsi üçün malik olduqları potensiallara təkid edərək deyib: İran və Türkiyə 2023-cü il üçün 30 milyard dollarlıq ticarəti planlaşdırıblar və buna nail olmaq üçün bütün mexanizmlərdən istifadə edilməlidir. 

Qərbi Azərbaycan İranınTürkiyə ilə yeganə sərhəd vilayətidir. İran ilə Türkiyə sərhədləri 500 km təşkil edir. İranla Türkiyə sərhədlərinin 300 km-i Van vilayətinə aiddir.