Okt 31, 2017 16:22 Asia/Baku
  • Yüzlərlə türkiyəli ziyalı məhbus jurnalistlərin azad edilmələrini istəyib
    Yüzlərlə türkiyəli ziyalı məhbus jurnalistlərin azad edilmələrini istəyib

365 türkiyəli ziyalı uzun bir məkub imzalayaraq, Cumhuriyyət qəzetinin məhbus jurnalistlərinin azad edilmələrini istəyib.

Bu ziyalılar bu gün İstanbul vəkillər kollegiyası tərəfindən yazılmış məktubda belə qeyd ediblər: Cumhuriyyət qəzetinin jurnalistlərindən dörd nəfərə qarşı cinayət işinin açılması ölkədə hüquq təhlükəsizliyi anlamının zəifləməsi, cinayətkarlar üçün cəzaların pozulması və aşkar şəkildə zorakılıqdan xəbər verir.

365 gün bundan öncədən indiyədək zindanda saxlanılan baş redaktor və müxbirlər Murad Sabuncu, Əhməd Şik, Akin Atalay və İmrə İper bu gün məhkəmə iclasında iştirak etməlidirlər.

Cari ilin 28 oktyabrında da təqribən 200 nəfər bütün Türkiyədə məhbəsdə saxlanılan jurnalistlərə dəstək istiqamətində İstanbulda aksiya keçirmişdi.

 

 

Teqlər