Türkiyə ordusu ilə PKK arasında qarşıdurma baş verib
https://azeri.sahartv.ir/news/türkiyə-i286161-türkiyə_ordusu_ilə_pkk_arasında_qarşıdurma_baş_verib
Türkiyə ordusunun bu ölkənin Şirnak vilayətindəki əməliyyatında PKK ünsürlərindən dörd nəfər öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 05, 2017 16:00 Asia/Baku
  • Türkiyə ordusu ilə PKK arasında qarşıdurma baş verib

Türkiyə ordusunun bu ölkənin Şirnak vilayətindəki əməliyyatında PKK ünsürlərindən dörd nəfər öldürülüb.

Şirnak valiliyi bir bəyanat yayaraq, bildirib ki, PKK üzvlərindən dörd nəfər Türkiyə ordusu pilotsuzlarının əməliyyatında aşkarlanaraq, öldürülübdür.

Bu əməliyyatda PKK üzvlərinin sığınacaq kimi istifadə etdikləri məkan da dağıdılıbdır.

Şirnak valiliyi bildiribdir ki, bu məntəqədə PKK üzvlərinə qarşı əməliyyat davam etməkdədir.