Türkiyənin müdafiə naziri: Amerika PKK-ya silah verir
Noy 10, 2017 08:31 Asia/Baku
Türkiyənin müdafiə naziri Amerikanı PKK üzvlərini silahlandırmaqda ittiham edib.
Nurəddin Canıklı dünən deyib: Türkiyənin Hakkari vilayətində PKK-dan əldə olunmuş silahlar Suriyada YPG bölmələrinin ixtiyarına qoyulmuş amerikan sursatlarıdır.
Canıklı həmçinin deyib: PKK və YPG bir məkandan silah və göstəriş alırlar.
Bundan öncə də Türkiyənin media mənbələri ötən həftə Hakkari və Diyarbəkir vilayətlərində PKK üzvlərilə döyüşlərdə bu ölkə hərbçilərindən on bir nəfərin öldürülməsindən sonra Türkiyə və Suriyadakı kürd müxaliflərin Amerika tərəfindən silahlandırılmalarından xəbər vermişdilər.
Teqlər