İstanbul hava limanına hücumda şübhəli bilinənlərin mühakimə edilməsinə başlanıldı
https://azeri.sahartv.ir/news/türkiyə-i286475-İstanbul_hava_limanına_hücumda_şübhəli_bilinənlərin_mühakimə_edilməsinə_başlanıldı
2016-cı ilin iyununda İstanbul hava limanına hücumda ittiham edilənlərin mühakiməsinə start verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 13, 2017 17:15 Asia/Baku
  • İstanbul hava limanına hücumda şübhəli bilinənlərin mühakimə edilməsinə başlanıldı
    İstanbul hava limanına hücumda şübhəli bilinənlərin mühakimə edilməsinə başlanıldı

2016-cı ilin iyununda İstanbul hava limanına hücumda ittiham edilənlərin mühakiməsinə start verilib.

France Press-in verdiyi məlumata görə, İstanbul məhkəməsi 2016-cı ilin iyun ayında İstanbul hava limanına edilmiş hücumda şübhəli bilinən 46 nəfərin məhkəmə prosesinə start verib.

Deyilənlərə görə, bu cinayət işində şübhəli bilinən 46 nəfərdən 42-si müvəqqəti həbsə məhkum edilib.

Bu məlumata görə, müttəhimlərdən 16-sı əslən çeçendir və Rusiya vətəndaşıdır. Müttəhimlər arasında Tunis, Misir, Əlcəzair, Suriya və Türkiyə vətəndaşları da var.

 İstanbul hava limanına edilən hücum 28 iyun 2016-cı il tarixində baş verib. Bu hadisə zamanı 45 nəfər həyatını itirmiş, 163 nəfər isə yaralanmışdı. Hadisə qurbanlarından 16-sı xarici ölkə vətəndaşı olub.

Bu hadisənin məsuliyyətini hər hansı bir şəxs və ya qruplaşma öz üzərinə götürməsə də, bu terror aktının İŞİD tərəfindən törədildiyi ehtimal olunur.