İran, Türkiyə və Rusiya XİN başçılarının iclası başlanıb
Suriyada atəşkəs rejiminə zəmanət verən ölkələrin xarici işlər nazirlərinin üçtərəfli iclası Türkiyənin Antalya şəhərində başlanıb.
İTART-TASS-ın Ankaradan verdiyi məlumata görə, Suriyada böhran və qarşıdurmalara son qoymaq məqsədilə İran, Rusiya və Türkiyə nümayəndələri əhatəli bir prosesi başlamışlar. Qazaxıstanın Astana şəhərində keçirilən müzakirələr indiyə qədər Suriyanın bəzi bölgələrində atəşkəs rejiminin tətbiq olunması ilə nəticələnmişdir. Bu istiqamətdə və gələcək perspektivləri araşdırmaq məqsədilə İran, Rusiya və Türkiyə xarici işlər nazirləri Türkiyənin Antalya şəhərində bir araya gəliblər.
Yerli vaxtla saat 11, Tehran vaxtı ilə 11-30. Türkiyənin Antalya şəhərində Suriyada atəşkəs rejiminə zəmanət verən ölkələrin xarici işlər nazirlərinin üçtərəfli iclasının başlanması. Məqsəd Türkiyənin cənub qonşusu Suriyada baş verən hadisələri araşdırmaqdır. Bu üç nəfər, İran, Türkiyə və Rusiya xarici işlər nazirləri Məhəmməd Cavad Zərif, Mövlud Çavuşoğlu və Sergey Lavrovun iştirakı ilə.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib: Bu iş üçün ötən gün üç ölkədən yüksək səviyyəli ekspertlər Tehranda bir araya gəldi və dövlət başçılarının iclasının bəyanatını və həmin iclasın gündəm məsələlərini araşdırdılar. Bu gün də Antalyada üç ölkənin xarici işlər nazirlərinin iclasında bu məsələ üzərində daha çox işləyəcəyik. Belə ki, inşallah, çərşənbə günü üç ölkənin dövlət başçılarının uğurlu iclası keçirilmiş olsun. Suriyada bu ağır və acı dövrü arxada qoymaq üçün bu ölkə xalqına vahid gələcəyi yaratmaq məqsədilə şərait yaratmış olaq.
Ötən 11 ayda Qazaxıstanın Astana şəhərində başlanan proses bu imkanı yaratdı ki, Suriyada qarşıdurmalar və vətəndaşlara dəyən xəsarətlər azalsın.
Sülhü əldə etmək məqsədilə diplomatik danışıqlar İran İslam Respublikasının təşəbbüslərindən olmuşdur. İran, Rusiya və Türkiyə nümayəndələri Qazaxıstanın Astana şəhərində indiyə qədər müzakirələrin 7 raundunu keçiriblər. Bu müzakirələrdə Suriya hökuməti müxaliflərinin nümayəndələri də iştirak etmişlər. İndiyə qədər bəzi bölgələrdə atəşkəslə nəticələnən bu müzakirələrdən bütün Suriya ərazisində davamlı sülh perspektivini əldə etməyi təsəvvür edirlər.